Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini təkmilləşdirir
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın dövlət sərhədinin bir neçə buraxılış məntəqəsi malların yoxlanılması üçün əlavə yerlərlə təchiz olunacaq.
Metbuat.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.
Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilən müvafiq sənəddə bildirilib ki, yeniliklər yükdaşımaların artmasına və Rusiyaya zəruri məhsulların idxalını sürətləndirməyə kömək edəcək.
Türkiyədən malların gəldiyi Qafqaz dəniz keçid məntəqəsi, Azərbaycanla sərhəddəki Yaraq-Qazmalyar avtomobil keçid məntəqəsi və Gürcüstanla sərhəddəki Yuxarı Lars avtomobil keçid məntəqəsinə dəyişikliklər tətbiq olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.