Rusiya Braziliyanım Priqojinin ölümü ilə bağlı araşdırma aparmasına icazə vermədi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Braziliyanın “Vaner” rəhbəri Yevgeni Priqojinin ölümü ilə bağlı araşdırma aparmasına icazə verməyib.
Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Rusiya Braziliyanın hava qəzası təhqiqat orqanına məlumat verib ki, Priqojinin ölümünə səbəb olan qəzanı Braziliya beynəlxalq qaydalara uyğun olaraq araşdırmayacaq. Braziliyanın Təyyarə Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzi (CENIPA) aviasiya təhlükəsizliyinin yaxşılaşdırılması marağı ilə dəvət olunarsa və araşdırma beynəlxalq qaydalara uyğun aparılarsa, Rusiya istintaqına qoşulacağını bildirib.
Xatırladaq ki, avqustun 23-də – “vaqnerçilər”in qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (“Təyyarənin istismarı qaydalarının pozulması”) üzrə cinayət işi açıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiya #Braziliyanım #Priqojinin #ölümü #ilə #bağlı #araşdırma #aparmasına #icazə #vermədi