fbpx

Rusiya defolt təhlükəsi ilə ÜZ-ÜZƏ: İqtisadiyyat 115 il öncəki vəziyyətə qayıdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Şimal qonşumuzun defolt ola bilməsi ilə bağlı yayılan açıqlamalar Rusiyanın bu gün 117 milyon dollarlıq dollar denominasiyalı bondlar üzrə faiz ödəmə öhdəliyi ilə bağlıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov Rusiyanın 630 milyard dollarlıq xarici valyuta ehtiyatları dondurulması fonunda etdiyi açıqlama zamanı bildirib.

Deputat bildirdi ki, ölkə dollar ödənişlərini etməkdə çətinliklə üzləşib. Bundan baqşqa, Qazprom, Lukoyl kimi şirkətlərin xaricdəki 150 milyard dollarlıq aktivlərindən istifadə də bloklanıb. Belə ki, Rusiyaya dollar və avro təchizatına qadağa olduğu üçün ölkə xarici valyuta problemləri ilə üz-üzədir.

Rüya tabirlerini burdan oku

“Rusiyanın kredit reytinqini kəskin aşağı salan beynəlxalq agentliklər də Moskvanın defoltun bir addımlığında olduğunu bəyan ediblər. Rusiya defolt elan olunacağı halda bu ölkənin 1998-ci ildən sonra ilk borc, 1917-ci il inqilabından sonra isə ilk xarici valyutalar üzrə borc defoltu olacaq. Belə ki, 115 il öncə, inqilabdan sonra Rusiya hökuməti xarici valyutada olan borclarını tanımaqdan imtina edərək ödənişlər etməmişdi. Rusiya defolt olarsa ölkə iqtisadiyyatına investorların inamı ciddi şəkildə sarsıla bilər. Sanksiyalardan sonra Rusiya iqtisadiyyatı ciddi valyuta problemləri ilə üzləşməkdədir. Artıq hökumət valyuta qıtlığını etiraf edərək minimumlaşdırıcı addımlar atmağa çalışır. Sanksiyalar ölkənin xarici valyuta ödəniş və manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırıb”.

Vüqar Bayramovun şərhinə görə, Rusiya defolt olmamağa çalışa da ödənişlər ilə bağlı digər vasitə borcun rubl ilə qaytarması versiyası ola bilər. Amma bu müqavilə şərtlərindən və borcunu alacaq investorların mövqelərindən asılıdır.

“Qeyd edim ki, bütün borcların rubl ilə qaytarılması real və inandırıcı görsənmir. Reallıq budur ki, sanksiyalar Rusiya üçün mövcud iqtisadi qapıların əksəriyyətini bağlayıb. Hətta əgər bu gün Rusiya defoltdan yaynmağı bacarsa da belə sanksiyalar davam edərsə növbəti ödənişlərdə oxşar problemlərin olacağı qaçılmazdır. Qərb isə sanksiyaların dairəsini genişləndirməkdədir. Deməli, bu sadəcə başlanğıcdır”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu