fbpx

​Rusiya Donetsk vilayətində 8 yaşayış məntəqəsini ələ keçirdi



Rusiya ordusu Donetsk vilayətində 8 yaşayış məntəqəsini ələ keçirib.

BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, Donetsk vilayətində daha 8 yaşayış məntəqəsi Rusiya ordusu tərəfindən ələ keçirilib. Açıqlamada, son bir həftədə Ukraynada hərbi qüvvələrə qarşı yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücumların təşkil edildiyi və bu hücumların hədəfində neft ərazilərinin, hərbi hava limanı infrastrukturunun, barıt, raket komponentlərinin, Ukrayna əsgərlərinin və muzdluların müvəqqəti yerləşdiyi məntəqələrin olduğu qeyd edilib. Açıqlamada daha 49 Ukrayna əsgərinin əsir götürüldüyü bildirilib. Bəyanatda həmçinin bildirilib ki, Ukrayna ordusu avqustun Kursk istiqamətində daha 12 min 795 əsgər, 108 tank, 44 piyada döyüş maşını, 86 zirehli transportyor və 691 zirehli texnika itirib.







ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin