fbpx

Rusiya hərbçiləri su qıtlığı ilə üz-üzə qaldı



Ukraynada döyüşən bəzi Rusiya hərbi birləşmələri içməli su qıtlığı yaşayır.

BEY.AZ xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin X sosial şəbəkəsindəki paylaşımında deyilir.

“Rusiyanın zərbələri nəticəsində ictimai infrastruktura dəyən ziyan su təchizatını azaldır. Su təchizatı ilə bağlı problem regionda yüksək temperatur olan dövrdə ilə daha da kəskinləşəcək”, – Britaniya kəşfiyyatı bildirib.

Paylaşımda deyilir ki, rus pilotlar üçün su rasionunun gündə bir litrlə məhdudlaşdırılıb. Bu səbəbdən rus pilotları su üçün yerli sakinlərə müraciət ediblər. Böyük Britaniyanın Müdafiə Nazirliyi əlavə edib ki, su qıtlığına cavab olaraq, bəzi Rusiya hərbi hissələri gündəlik su tələbatı üçün durğun gölməçələrdən istifadə edirlər.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin