fbpx

Rusiya Harrisi dəstəkləyəcək – Putin



Kremlin favoriti ABŞ-nin hazırkı prezidenti Co Bayden olub.

BEY.AZ xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (EEF) plenar iclasda çıxış edərkən deyib.

“Prezidenti müəyyən etmək bizim işimiz deyil. Bu, Amerika xalqının seçimidir. Bizim favoritimiz indiki prezident cənab Bayden idi. O, seçkidən kənarlaşdırıldı, lakin bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdi. Biz də bunu edəcəyik. Harrisi dəstəkləyəcəyik.

Rusiya prezidenti qeyd edib ki, indi yenidən dövlət başçısı postuna iddialı olan ABŞ-ın 45-ci prezidenti Donald Tramp ondan əvvəl heç bir Amerika prezidentinin tətbiq etmədiyi qədər sanksiya tətbiq edib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Əvvəlcə Co Bayden seçkilərdə iştirak etməyi planlaşdırsa da, sonradan namizədliyini geri götürüb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin