fbpx

Rusiya ilk dəfə olaraq Ukraynaya Xəzərdəki reaktiv daşıyıcılardan zərbələr endirib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya qoşunları ilk dəfə olaraq Ukraynaya zərbələr endirmək üçün Xəzər dənizindəki reaktiv daşıyıcılardan istifadə edib. Bu, Rusiya üçün Qara dəniz sahilində logistika ilə bağlı problemlərə işarə edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna telemarafonunun efirində ölkənin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk məlumat verib.

“Dünənki raket hücumları üçün səciyyəvi hal o idi ki, Xəzərdə olan raket daşıyıcılarından istifadə olunurdu. Bu, genişmiqyaslı işğal dövründə ilk dəfə qeydə alınıb. Yəqin ki, onları Qara dənizə çatdırmaq daha da çətinləşib”, – Qumenyuk bildirib.

Rüya tabirlerini burdan oku

Onun sözlərinə görə, bu, Ukrayna qüvvələrinin Sol Sahildə düşmənin maddi-texniki təchizatını atəş nəzarəti altında saxladığını göstərir.

Xatırladaq ki, dünən, dekabrın 31-də Rusiya ordusu növbəti dəfə Ukrayna ərazisinə kütləvi şəkildə raket zərbələri endirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiya #ilk #dəfə #olaraq #Ukraynaya #Xəzərdəki #reaktiv #daşıyıcılardan #zərbələr #endirib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu