Rusiya ixrac etdiyi buğdanın qiymətini artırır
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Kənd Təsərrüfatı Nazirliyi buğdanın ixrac üçün rüsum qiymətlərini yüksəldəcək.
Metbuat.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, martın 23-dən 29-dək Rusiyadan buğdanın ixracı üçün rüsum bir həftə əvvəlki 86,3 dollara qarşı bir ton üçün 86,4 dollara qədər yüksələcək.
Qiymət artımı arpadan da yan keçməyəcək. Belə ki, arpanın ixrac rüsumu bir ton üçün 77,4 dollardan 79,6 dollara yüksələcək, qarğıdalı üçün rüsum 54,1 dollardan 53,2 dollara enəcək. Buğda və çovdarın ixrac rüsumunun qiyməti bir ton üçün 323,5 dollar, arpa üçün bir ton üçün 298,8 dollar, qarğıdalı üçün 261,1 dollar ətrafında hesablanacaq.
Qeyd edək ki, 2021-ci il aprelin 1-dən Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi taxıl ixracı üzrə “üzən” rüsumun hesablanması mexanizmini sınaqdan keçirməyə başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.