Rusiya klubu Avroliqa matçını Bakıda keçirə bilər
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın “Spartak” klubu Avropa Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”lə cavab matçını Bakıda keçirə bilər.
Metbuat.az xəbər verir ki, bunu Moskva təmsilçisinin mətbuat xidmətinin rəhbəri Dmitri Zelenov “Championat” nəşrinə açıqlamasında bildirib.
“Oyun üçün prioritet məkan Bakıdır. Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı bizə konkret məlumat veriləcək” – deyə Zelenov bildirib.
Qeyd edək ki, komandalar arasında ilk matçı martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.