Rusiya liderinin keçmiş köməkçisi sirri açdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Andrey İllarionov Ukraynadakı vəziyyət barədə danışıb.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Putini dayandırmağın tək yolu Rusiya ordusuna ciddi müqavimət göstərməkdir. O deyib:
“Putini dayandırmağın tək yolu ona müqavimət göstərməkdir. Ukraynalılar hazırda qəhrəmancasına müqavimət göstərirlər və buna davam etdirməlidirlər. Putinin məğlub olduğu iddiaları doğru deyil. Putin öz planı olan və bütün diqqətini hədəfinə yönləndirmiş biridir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.