Rusiya minlərlə hərbçini döyüşə hazır vəziyyətə gətirdi
BEY MEDIA İnformasiya agenti xəbər verir
ABŞ-ın Ukrayna məsələsi ilə bağlı 8500 hərbçini döyüşə hazır vəziyyətə gətirdiyini açıqlamasından sonra Rusiya hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, Rusiya da Ukrayna sərhədində 6 mindən çox əsgərlə döyüşə hazırlıq üçün hərəkətə keçib. Ria novosti agentliyi hərbi mənbələrə istinadən məlumatı təsdiq edib.
Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-ın 8500 hərbçisini döyüşə hazır vəziyyətə gətirməsi ilə bağlı açıqlamasından narahatlıq ifadə edib. O bildirib ki, Rusiya Vaşinqtonun həmlələrini narahatlıqla izləyir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.