Rusiya Müdafiə Nazirliyi məlumat yaydı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Ukrayna silahlı qüvvələrinin hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb”.
Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada həmçinin vurğulayıblar ki, Ukrayna şəhərlərinə heç bir zərbə endirmirlər, heç bir şey mülki əhalini təhdid etmir. Bundan əlavə, Müdafiə Nazirliyi vurulan Rusiya təyyarəsi ilə bağlı xarici mətbuatda yayılan xəbərləri təkzib edib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin xalqa müraciət edərək, Donbasda xüsusi hərbi əməliyyat başlatdıqlarını elan etmişdi. O vurğulayıb ki, Moskvanın planlarına Ukraynanın işğalı daxil deyil, yalnız onun demilitarizasiyası var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.