fbpx

Rusiya müsəlmanlar üçün ən vacib kitabı QADAĞAN ETDİ – Kadırov QƏZƏBLƏNDİ – FOTO

Rüya Yorumları burda

Rusiya müsəlmanlar üçün ən vacib kitabı qadağan edib.

Bey.az xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi müsəlmanların müqəddəs kitabı “Səhih-əl-Buxari”nin ekstremist kitab kimi tanınmasına qərar verib.

Ramzan Kadırov Ədliyyə Nazirliyinin bu qərarından qəzəblənib və təcili qərara yenidən baxılmasını tələb edib. Tatarıstan məhkəməsi başqa şeylərlə yanaşı, kitabı qadağan olunmuş kitabların siyahısına əlavə edib.

“Bu, böyük presedentdir, çünki Rusiyada 20 milyon müsəlman yaşayır. Və bütün bunların necə bitəcəyi hələ də bəlli deyil”, – Kadırov deyib.

Çeçenistan rəhbəri əlavə edib ki, bu cür qərarlardan sonra “din artıq müsəlmana tamamilə başqa cür hərəkət etməyi əmr edir”.

Rüya tabirlerini burdan oku

Necə olduğunu dəqiq deməyib, lakin bu ifadə artıq həyəcan verici səslənib. Ola bilsin ki, milyonlarla müsəlman bu müqəddəs kitabın qadağanının intiqamını almaq istəyəcək.

2015-ci ildə məhkəmə Ramzan Kadırovun müdafiə etdiyi başqa bir İslam kitabı – “Allaha dua: İslamda onun mənası və yeri” ilə bağlı qərarlara artıq baxıb.

Gücü və mövqeyi olan Kadırov hətta ictimai üzr istəməyə də nail olub.

Bütün cəbhələrdə vəziyyətin onsuz da gərgin olduğu 2022-ci ildə bu xoşagəlməz hadisə nə ilə nəticələnəcək, məlum deyil.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu