Rusiya Odessaya raketlər atdı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynanın cənubunda rusların raket və pilotsuz uçuş aparatının hücumu nəticəsində Odessa vilayətindəki limanda fəsadlar baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın Cənub Əməliyyat Komandanlığı məlumat verib. Komandanlığın sosial media hesabında bildirilib ki, Rusiya ordusu Ukraynanın cənub bölgələrinə raket və PUA hücumları həyata keçirib. Məlumata görə, Qara dənizdən Odessaya 6 Kalibr raketi atılıb. Açıqlamada bütün mərmilərin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv ediliyi qeyd edilib.
Odessa vilayətində 21 PUA vurulub. Açıqlamada deyilir ki, partlayış dalğası və raketlərin vurulması nəticəsində düşmüş raket hissələri limanın infrastrukturuna və bir çox evə zərər vurub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
- Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiya #Odessaya #raketlər #atdı