Rusiya Ukraynanın Kurskdakı hücumlarına əks-hücumla cavab verib.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, Rusiya ordusu Ukraynanın Kursk vilayətində qoşunlarının irəliləyişini dayandırmaq üçün əks-hücum əməliyyatına başlayıb. Müdafiə Nazirliyi, Ukrayna ordusunun Kurskda ümumilikdə 49 mindən çox əsgər və 273 tank itirdiyini iddia edib. Açıqlamaya görə, Kurskdakı əks hücumla yanaşı Rusiya ordusu Ukraynada irəliləyib. Müdafiə Nazirliyi Rusiyanın Donbassdakı strateji əhəmiyyətə malik Kuraxovo şəhərini nəzarətə götürdüyünü açıqlayıb.
Digər tərəfdən, Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojya atom elektrik stansiyasının yaxınlığında güclü partlayışların olduğunu bildirib. Avropanın ən böyük atom elektrik stansiyasının təlim mərkəzinə pilotsuz təyyarə ilə hücum edildiyi açıqlanıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa