Rusiya ordusu təlimlərə başladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya ordusu “Okean Qalxanı-2023” adlı təlimlərə başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamaya görə, Rusiya donanması Baltik dənizində təlimlərə başlayıb. “Okean Qalxanı-2023” adlı təlimə 30-dan çox döyüş gəmisi, 20 dəstək gəmisi, 30 təyyarə və təxminən 6000 əsgərin qatıldığı bildirilib.
“Təlim zamanı Hərbi Dəniz Qüvvələrinin əməliyyat baxımından əhəmiyyətli bölgədə Rusiyanın milli maraqlarını müdafiə etməyə hazır olub-olmadığı nəzərdən keçiriləcək” – nazirliyin açıqlamasında deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiya #ordusu #təlimlərə #başladı