fbpx

“Rusiya ordusunun 16 mindən çox hərbçisi həlak olub”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Artıq Rusiya ordusunun 16 mindən çox hərbçisi həlak olub. Nə üçün? Bu kimə nə verir?”

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Prezident xatırladıb ki, bu müharibədə Rusiyanın itkilərinin sayı artıq yüksək rütbəli komandirlər də daxil olmaqla 16 min nəfəri keçib.

“Hələlik öldürülən Rusiya ordusunun general-polkovniki və ya admiralları ilə bağlı heç bir məruzə edilməyib. Amma artıq korpus komandiri və Qara Dəniz Donanması komandirinin müavini var. Biz danışmalıyıq. Təcili. Vicdanla. Həm də nəticə naminə, vaxt itirmək üçün deyil. Artıq Rusiya ordusunun 16 mindən çox hərbçisi həlak olub. Nə üçün? Bu kimə nə verir?”, – Ukrayna dövlət başçısı bildirib.

O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda, Donbassda, Xarkov istiqamətində, Kiyev vilayətində hücumlara qarşı mübarizəni davam etdirir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin