fbpx

Rusiya Polşada təxribata cəhd edib

Rüya Yorumları burda


Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşa və müttəfiq ölkələrdəki təxribat cəhdlərinin arxasında Rusiyanın olduğunu bəyan edib.

BEY.AZ xəbər verir ki, o bildirib ki, Polşa bu səbəbdən Poznandakı Rusiya konsulluğunu bağlamaq qərarına gəlib. Sikorski Polşa prokurorluğunun ölkədəki təxribat cəhdlərinin arxasında xarici kəşfiyyat təşkilatının dayandığına dair güclü sübutlar təqdim etdiyini bildirib. Sikorski Rusiyadan hibrid müharibəsinə son qoymasını tələb edib. O, hibrid müharibənin davam edəcəyi təqdirdə buna cavab verə biləcəklərini ifadə edib.

Sikorski, “Xarici işlər naziri olaraq, Polşa və müttəfiq ölkələrdə təxribat cəhdlərinin arxasında Rusiya Federasiyasının dayandığına dair məlumatım var, bu səbəbdən Rusiya Federasiyasının Poznandakı konsulluğunun fəaliyyət icazəsini geri götürməyə qərar verdim. Konsulluğun əməkdaşları Polşa Respublikasında persona non qrata hesab olunurlar” – deyə bildirib.






Rüya tabirlerini burdan oku
ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu