Rusiya Qara dənizdə 3 gəmini vurdu: Bölgə mühasirəyə alınıb
BEY.AZ informasiya agentliyi xəbər verir
“Rusiya ordusu Qara dənizdə Panamanın 3 gəmisini vurub”.
Metbuat.az xəbər verir ki, bu barədə Panamanın dənizçilik naziri Noriel Arauz açıqlama verib. O bildirib ki, Rusiya və Ukrayna arasında müharibə başlayandan bəri müxtəlif vaxtlarda Panamanın 3 gəmisi hədəfə alınıb. Hadisə zamanı ukraynalıların olduğu heyət üzvləri arasında itki olmayıb. Panama bayrağı altında üzən 10 gəmi isə Qara dənizi tərk edə bilmir. Nazirin sözlərinə görə, Qara dənizdə ümumilikdə 200-300 arası gəmi var və onların bölgəni tərk etməsinə icazə verilmir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.