fbpx

Rusiya qüvvələri təyyarənin dənizə düşməsini istəyib

Rüya Yorumları burda

Dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzası ilə bağlı çoxlu cavabsız suallar var.

BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının hazırladığı süjetdə qeyd olunub.

Süjetdə bildirilir ki, hadisənin arxasında Rusiyanın olduğu üzə çıxıb, indi xeyli sual var: “İçərisində 67 nəfər olan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə çərşənbə günü Qroznıya getmək üçün Bakıdan havaya qalxıb. Lakin o, Çeçenistanın paytaxtına yaxınlaşarkən qəfil marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhərinə doğru irəliləyib. Təyyarə təcili eniş etmək istəyərkən yerə çırpılıb. Azərbaycan rəsmilərinin məlumatına görə, hadisəyə Rusiyaya məxsus raketlər səbəb olub. Təyyarə Rusiya hava məkanına daxil olarkən Ukrayna PUA-larını vurmağa çalışan Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən hədəfə alınıb. “Pantsir-S” sistemindən atılan raket təyyarənin düz yanında partlayıb. Qəlpə parçaları təyyarənin gövdəsində irili-xırdalı dəliklər yaradıb. Pilotlar qəza siqnalı verib və təcili eniş tələb ediblər, lakin zədələnmiş təyyarənin Rusiyanın iki hava limanına enməsinə icazə verilməyib. Əksinə, təyyarə daha uzağa- Xəzərin o biri sahilindəki Aktau hava limanına yönəlib”.

Qeyd olunur ki, bu məqamlar hadisənin məqsədyönlü şəkildə törədildiyini göstərir: “Mütəxəssislərin fikrincə, təyyarənin Xəzər dənizinə düşməsində maraqlı olan qüvvələr ola bilərdi. Çünki Rusiya izi itirə bilərdi. Rusiya Mülki Aviasiya İdarəsinin təyyarənin quş sürüsü ilə toqquşması ilə bağlı açıqlaması da diqqət çəkir. Ehtimal olunur ki, sürətli şəkildə verilən bu bəyanat fikirləri Rusiya raketi ilə bağlı reallıqdan yayındırmağa hesablanıb”.

Rüya tabirlerini burdan oku

Süjetdə vurğulanıb ki, cavabı tapılmalı olan daha bir neçə sual var: “Həmin vaxtlarda Çeçenistanın hava məkanı niyə mülki təyyarələr üçün bağlı deyildi? Qroznı hava limanında uçuşlar niyə dayandırılmadı? Bu cavabsız sual dəhşətli səhlənkarlığa işarə edir. Bəs bundan sonra nə olacaq? Azərbaycan tərəfi Rusiyanın bilərəkdən və ya bilməyərəkdən məsuliyyətini qəbul edib rəsmi üzr istəməsini gözləyir. Həmçinin 39 nəfərin öldüyü təbii fəlakətin səbəbkarlarının cəzalandırılması tələb olunur. Aktau faciəsindən sonra hava nəqliyyatında təhlükəsizlik xəbərdarlığı davam edir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



ARMY.AZ USTA XİDMƏTLƏRİ Sayt Al Sayt satışı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu