Rusiya Rövşən Əsgərovu xarici agent elan etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Federasiyası “Nə? Harada? Nə zaman?” (Что? Где? Когда?) yarışmasının oyunçusu Rövşən Əsgərovu xarici agent siyahısına daxil edib.
Metbuat.az xəbər verir ki, bu barədə müvafiq məlumat Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin saytında yerləşdirilib.
Qeyd edək ki, əslən Qəbələdən olan Rövşən Əsgərov Azərbaycanda və Rusiyada “Nə? Harada? Nə zaman?” oyununun bilicisi kimi tanınır. 1989-cu ildən etibarən Bakı klubu olan “Atəşgah”da bu oyunu oynamağa başlayıb. “Nə? Harada? Nə zaman?” adlı yüksək elitar klubda isə ilk dəfə 1998-ci ilin 28 noyabr tarixində çıxış etməyə başlayıb. Bir neçə dəfə komandanın ən yaxşı oyunçusu adına layiq görülüb. 2001-ci ilin qış seriyasında Ales Muxinin başçılıq etdiyi komandanın tərkibində çıxış edərkən klubun ali mükafatlarından sayılan “Büllur bayquş” mükafatına layiq görülüb.
Rövşən Əsgərəv 2003-cü ildə “Nə? Harada? Nə zaman?” oyununun dünya çempionatının təşkilində yaxından iştirak etdiyinə görə “İlin adamı” adına layiq görülüb.
“Nə? Harada? Nə zaman?” oyununun Bakı versiyasında ilk dəfə olaraq 2008-ci ildə Rüstəm Fətəliyevin komandasında çıxış edib. “Nə? Harada? Nə zaman?” oyununun idman versiyasında Rövşən Əsgərov Balaş Qasımovun başçılıq etdiyi komandada çıxış edir. Bu komanda 2004-cü ildə Bakıda keçirilən “Nə? Harada? Nə zaman?” adlı III Dünya Çempionatının qalibi olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.