fbpx

Rusiya rublu “cəhənnəmdən gələn sanksiyalar” ilə çökə bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Kremlinin son qərarı qlobal iqtisadiyyata təsirsiz ötüşməyib. Şərqi Avropada yarana biləcək daha böyük miqyaslı gərginlikdən təsirlənən birjalarda strateji məhsulların qiymətində artımlar müşahidə edilib.

Ötən həftəni 1 bareli 90.70 dollar ilə qapayan Brent markalı neft indi 97 dollara təklif edilir. Yeni həftədə neft 7 faizə yaxın bahalaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, Rusiya rublu da təzyiq altındadır. Dünən hərraclarda dollara nisbətən 76.70 məzənnəsi dəyişdirilən Rusiya pulu 79.45-dək ucuzlaşıb. Deputat deyir ki, bu isə bir gündə rublun 4 faizə yaxın ucuzlaşması anlamına gəlir.

Rüya tabirlerini burdan oku

“Avro dollara nisbətən cüzi ucuzlaşıb. Avropa pulu son gün bir faizə yaxın dəyər itirib. Avropanın Şərqində baş verənlər hələlik avrozonaya xüsusi təsir etməyib. Bununla yanaşı, istər neft, istərsə də valyuta, xüsusən də rublun məzənnəsi birbaşa Qərbin qəbul etdiyi qərarlardan asılı olacaq”.

Vüqar Bayramov xatırlatdı ki, Ağ Evdə və eləcə də Brüsseldə Rusiyaya qarşı sanksiyalar ilə bağlı açıqlamalar veriləsə də hələlik hansı addımların atılacağı dəqiqləşdirilməyib.

“Bir müddət öncə də Vaşiqtonda Moksvaya qarşı SWIFT-dən çıxarılma kimi sərt sanksiyalar ilə bağlı bəyanatlar verilsə də sonradan okeanın o tayında diplomatik addımlara üstünlük verildi. Bununla belə, əgər Qərb Rusiyaya qarşı əvvələr bəyan etdiyi sanksiyaları tətbiq edərsə o halda Brent markalı neftin qiyməti qısa zamanda 100 dollarlıq psixoloji həddi keçə və rubl kəskin ucuzlaşa bilər. Bu baxımdan, indi bütün gözlər Vaşinqtondadır”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu