fbpx

Rusiya SSRİ kimi parçalana bilər: Baş verənlər ABŞ-ı zəiflədib, Çini gücləndirəcək

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Kremlin indiki halda Ukrayna ilə, dolayı yolla da ona dəstək verən Qərb və ABŞ-la müharibə edəcəyini düşünmürəm. Düzdür, Rusiya dünyanın həm say tərkibinə, həm də hərbi texniki imkanlarına görə ən güclü ordularından birinə sahibdir. Digər tərəfdən, rəsmi Kremlin 10 mindən artıq nüvə başlığının olduğunu da unutmamaq lazımdır. Lakin bütün bunlara baxmayaraq danılmaz bir reallıq var ki, Rusiya iqtisadiyyatı indiki məqamda nəinki uzunmüddətli bir müharibəyə heç qısa müddətli müharibəyə də hazır deyil”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Turan Rzayev edib. Ekspertin sözlərinə görə, pandemiya və Qərbin iqtisadi sanksiyaları ilə iqtisadiyyatı zəifləyən rəsmi Kreml anlayır ki, Ukrayna ilə və ya onu dəstəkləyən Qərb və ABŞ ilə ehtimal müharibə Rusiya üçün ikinci SSRİ parçalanmasına səbəb ola bilər.

“Məntiqlə yanaşsaq, SSRİ də bənzər formada parçalanmışdı. ABŞ və Qərbin sanksiyaları, ifrat dərəcə silahlanma SSRİ iqtisadiyyatını sonda çökdürdü. Əfqanıstana müdaxilə isə bu çöküşü süqutla nəticələndirdi. Kreml anlayır ki, Vaşinqton Rusiyanı da bənzər formada öncə çökdürmək, daha sonra isə parçalamaq niyyətindədir. Rusiya indiki məqamda NATO-nun sərhədlərinə bu qədər yaxınlaşmasını istəmir. Rəsmi Moskva vaxilə SSRİ ilə ABŞ arasında mövcud olan nüfuz bölgüsünün yenidən təsis olmasını istəyir. Yəni sən mənim ərazilərimə müdaxilə etmə, mən də sənin. Lakin reallıq ondan ibarətdir ki, Rusiya hər nə qədər mən SSRİ-nin varisiyəm desə də bu belə deyil. O nə SSRİ-dir, nə də ABŞ-la nüfuz bölgüsü aparacaq potensiala malik ölkə deyil”.

Turan Rzayev hesab edir ki, indiki məqamda Rusiya Ukrayna sərhədində hərbi mövcudluğunu artıracaq. Bununla da Qərbə və ABŞ-a öz qərarlı mövqeyini göstərəcək.

“Rusiyanın Ukraynaya müdaxilə edəcəyini və ya lokal müharibəyə başlayacağını düşünmürəm. Lakin mövcud vəziyyətlə də barışmayacaq. Ehtimal ki, Kreml yenidən “Novaya Rasiya” planını işə salacaq və Ukrayna daxilində yeni separatçı hərəkat başladacaq. Bu yolla o, Qərblə arasında yeni tanpon ölkə təsis edə bilər. Nəticə etibarilə düşünmürəm ki, indiki halda Kremlin istəyi Ukraynanı işğal etməkdir. Rəsmi Vaşinqton anlayır ki, Rusiya ilə başa-baş müharibə ən az Rusiya qədər onun üçün də risklidir. Müqayisə üçün deyə bilərəm ki, ABŞ və Qərblə birbaşa müharibə Rusiyanın SSRİ kimi parçalanmasına gətirib çıxara bilər. Rusiya ilə müharibə isə ABŞ-ı parçalamayacaq. Lakin kifayət qədər zəiflədəcək və rəsmi Vaşinqtonun əsas rəqibi olan Çinin güclənməsinə gətirib çıxaracaq. Rəsmi Vaşinqton üçün Çinin günü-gündən güclənməsi Kremlin Ukraynaya müdaxiləsindən daha vacibdir. Nəticə etibarilə Çin ilə rəqabət fonunda ABŞ-ın Ukraynada bu və ya başqa formada boş bir macəraya atılacağını düşünmürəm”.

Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin