Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək?
Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir.
Metbuat.az “Apa”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kremlin sözçüsü Rusiya sülhməramlılarının yaxın gələcəkdə Qarabağda qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Hələlik kimsə bunu deyə bilməz. Onlar indi faktiki olaraq Azərbaycan ərazisindədirlər. Bakı ilə təmaslarımızı davam etdiririk, sülhməramlılar yardım göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edirik. Hazırda bu iş davam edir”, – deyə Peskov vurğulayıb.