Rusiya-Ukrayna gərginliyi hər iki ölkəyə ziyan vuracaq
BEY.AZ informasiya agentliyi xəbər verir
“Rusiya Ukraynaya hərbi müdaxilə etsə, hər iki ölkə verəcəyi canlı itkilərlə yanaşı iqtisadiyyatları da bərbad günə düşəcək. Son bir ayda müharibə haqqında söz-söhbətin özü belə Ukrayna və Rusiya iqtisadiyyatına böyük zərər vurub”.
Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Elxan Şahinoğlu edib. Onun şərhinə əsasən, Kiyevin hesablamalarına görə gərginlinlik fonunda təxminən 12 milyard dollar kapital Ukraynadan çıxarılıb. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Ukrayna iqtisadiyyatını canlandırmaq üçün ən azı 5 milyard dollar lazımdır.
“Rusiyada isə rubl və fond birjalarında şirkətlərinin səhmləri sürətlə dəyərdən düşür, kapital ölkəni tərk edir. Müharibə söhbətləri bir neçə ay da davam etsə, hər iki ölkənin iqtisadiyyatı bundan da çox itirəcək. Yenə Ukraynaya əl tutan ölkələr var, Rusiya isə heç yerdən maliyyə cəlb edə bilməyəcək, əlindəki rezervləri xərcləməkdə davam edəcək. Əlbəttə, müharibə söz-söhbəti enerji resurslarının qiymətlərini artırıb və Rusiya satdığı neft və qaza görə gəlirlərini bir müddət artıra bilər. Ancaq bu müvəqqəti hal daşıya bilər. İnlfylasiya gəlirləri sömürəcək”.
Qeyd edək ki, Volodimir Zelenski Qərb ölkələrində müharibədən çox danışılmasının Ukrayna iqtisadiyyatına mənfi təsirini artırdığını vurğulayıb. Vaşinqtonun isə Zelenskinin iradına cavabı belədir: “Müharibə təhlükəsi azdırsa bizdən daima niyə hərbi texnika istəyirsiniz?”. Bəs Kiyevin başqa alternativimi var? Zelenski bildirib ki, müharibə başlasa heç bir dövlət Ukraynaya silahlı qüvvələrini göndərməyəcək. Elxan Şahinoğlu düşünür ki, Zelenski haqlıdır.
“Vaşinqton və Brüssel kənardan seyr edəcəklər. Ona görə də Zelenski heç olmazsa Qərb ölkələrindən gərəkli lazımi hərbi texnika almağa çalışır. Ukrayna prezidenti müharibəyə hazırlaşmaqla yanaşı ağır duruma düşən iqtisadiyyatını da düşünmək məcburiyyətindədir. Vaşinqton Rusiyanı iqtisadi baxımdan çökdürmək planını işə salıb. Ancaq Kiyev bu planın icrasının Ukrayna iqtisadiyyatına zərər verməməsini istəyir”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.