Rusiya Ukrayna məsələsində geri addım atıb?
BEY.AZ informasiya agentliyi xəbər verir
Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə görüşün yekunlarına dair növbəti dəfə açıqlama verib.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Putin Ukrayna məsələsində gərginliyi artırmayacağına dair təminat verib. “Putin mənə təminat verdi ki, Ukrayna sərhədləri yaxınlığında böhranı dərinləşdirməyəcək” – deyə Makron bildirib.
Makron həmçinin, Ukraynanın gərginliyə baxmayaraq, soyuqqanlı davranmasındanməmnun olduğunu ifadə edib. Bununla belə, Fransa prezidenti Ukrayan-Rusiya sərhədində vəziyyətin gərgin olduğunu ifadə edib. Qeyd edək ki, iki gün əvvəl Emmanuel Makron Rusiyaya, ardınca isə Ukraynaya səfər edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.