fbpx

“Rusiya-Ukrayna müharibəsi Türkiyənin ticarət axınlarına mənfi təsir etdi”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya-Ukrayna müharibəsinin Türkiyəyə iqtisadi təsirlərini qiymətləndirərkən, məsələni qısa, orta və uzun perspektivdə nəzərdən keçirməkdə fayda var. Müharibənin qısa müddətdə Türkiyə üçün ən əhəmiyyətli təsiri, şübhəsiz ki, ticarət axınlarına mənfi təsirləri ilə formalaşır”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutu Qafqaz siyasəti şöbəsinin əməkdaşı, BZT Akademiyasın Orta Asiya və Qafqaz üzrə nümayəndəsi, Azərbaycan Universitetinin siyasi elmlər kafedrasının müəllimi Fərahilə Babayeva-Şükürova deyib. Müsahibimiz hər iki ölkəni Türkiyə üçün mühüm ticarət tərəfdaşların olduğunu qeyd edərək bildirdi ki, 2021-ci ildə Rusiya ilə ixrac 5,8 milyard dollar, idxal 29 milyard dollar olduğu halda Ukrayna ilə isə ixrac 2,9 milyard, idxal isə 4,5 milyard dollar olub.

Rüya tabirlerini burdan oku

Fərahilə Babayeva-Şükürova

“Orta və uzunmüddətli perspektivdə regional iqtisadi coğrafiyada baş verəcək struktur transformasiyası çərçivəsində düşünmək lazımdır. İxrac və idxal qısa müddətdə kəsilərkən, xərclər və qiymətlər artarkən, orta və uzun müddətdə bu axınların daha davamlı şəkildə davam etdirilməsi üçün dəyişiklik ehtiyacı ön plana çıxır. Nəticədə, Türkiyədə inflyasiya əsasən Covid-19 prosesi ilə başladı, Rusiya və Ukrayna ilə müharibə ilə daha da artdı. Qeyd edim ki, Türkiyənin vasitəçi rol oynaması və xüsusən də müharibənin birinci mərhələsində taxıl böhranı inflyasiyanın artmasına ciddi təsir göstərmiş və bu da əsas ərzaq məhsullarının bahalaşmasına səbəb olmuşdur”.

Xatırladaq ki, Taxıl dəhlizi böhranı ilə bağlı hadisələr dünya tərəfindən yaxından izlənilirdi. Türkiyə Rusiya-Ukrayna müharibəsindən sonra yaranan taxıl böhranını uğurlu diplomatik gedişləri ilə həll etdi və dünyanı yeni qida problemindən xilas etdi. Rusiya razılaşmanın davam etməsini istəmədiyini bildirdikdə böhranın yenidən başladığını düşünənlər çoxluq təşkil edirdilər. Türkiyənin uğurlu diplomatik hücumları nəticəsində taxıl dəhlizi böhranı yenidən qardaş ölkənin rolu nə nüfuzu sayəsində həll edildi. 2022-ci ilin noyabr ayında Rusiya prezidenti Vladimir Putin və prezident Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Putinlə Ərdoğan arasında söhbətin mərkəzində taxıl dəhlizi böhranı olub. Ərdoğan-Putin görüşündə mötədil mesajlar verilib. Məhz bu görüş sayəsində taxıl dəhlizi böhranı bu gün bir daha aradan qaldırılıb.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#RusiyaUkrayna #müharibəsi #Türkiyənin #ticarət #axınlarına #mənfi #təsir #etdi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu