Rusiya Ukraynada itkilər verməkdə davam edir
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna Silahlı Qüvvələri daha bir rus generalını , Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Yakov Vladimiroviç Ryazantsevi öldürüblər.
Metbuat.az Unian-a istinadən xəbər verir ki, faktı Ukrayna prezident aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç də təsdiq edib.
Onun açıqlamasına görə, generalın öldürülməsi Çernobaevka aerodromun yaxınlığında gedən döyüş əsnasında baş verib.
Qeyd edək ki, bir neçə gün öncə Çernobayevka aerodromunda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərb Dairəsinin 8-ci birləşmiş silahlı qüvvələrinin komandiri, qvardiya general-leytenantı Andrey Mordviçev öldürülmüşdü. Bununlada Ukraynada son bir ayda öldürülən rusiyalı generalların sayı yeddiyə çatdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.