fbpx

Rusiya Ukraynada məğlub olarsa Qarabağdan çıxa bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qarabağda Rusiya sülhməramlıları situasiyanı o qədər gərginləşdirib ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi təxribatlara sərt cavab verilməsini tapşırdı. Məhz buna görə də, Qarabağda Azərbaycan ordusu silahlı erməni birləşmələrinin möhkəmlənməsinə imkan verməməlidir”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə edib. Siyasi analitikin şərhinə görə, Rusiya tərəfi Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına qarşı çıxararaq vəziyyəti böhrana yuvarlamağa çalışır.

Rüya tabirlerini burdan oku

“Ermənistan baş naziri Nikol Paşinyan ötən həftə Azərbaycanla sülh danışıqlarına hazır olduğunu qeyd etdikdən sonra Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qanunsuz erməni silahlı birləşmələrinin mütəmadi təxribatları artıb. Azərbaycanla Rusiya arasında ötən ay imzalanan müttəfiqlik adlanan Moskva bəyannaməsinin bəndlərini ilk gündən Moskva pozmağa başlayıb. Birinci, Bəyannamənin imzalanmasından bir neçə saat sonra tarixi Türkmənçay müqaviləsi ilə bağlı qeydində Rusiya XİN Azərbaycan ərazilərini Şərqi Ermənistan adlandırdı. İkinci, Qarabağda general Volkovun komandalığı altında Rusiya sülhməramlıları erməni silahlı birləşmələrini Azərbaycan mövqelərinə atəş açmağa təhrik edir. Ümumi situasiyanı gərginləşdirməyə çalışır. Üçüncü, Rusiya müdafiə nazirliyi Ukraynada Azərbaycan ərazisindən qondarma Dağlıq Qarababağ Respublikası ifadəsi işlətməklə humanitar yardım edildiyini vurğuladı. Bu, onu göstərir ki, Rusiya tərəfi konkret olaraq Azərbaycana qarşı təzyiqlər edir”.

Məhəmməd Əsədullazadə bildirdi ki, baş verənlər göstərir ki, Rusiya Ukrayna cəbhəsində məğlub olarsa Qarabağdan çıxa bilər. Bu halda Azərbaycan anti-terror əməliyyatı aparacaqdır. Amma, Rusiyanın Ukraynada qalib gəlməsi Qarabağda proseslərin alovlanmasına səbəb olacaqdır.

“Preventiv siyasi addımlar atmaq, təhlükəsizliyi təmin etmək, riskləri önləmək üçün Türkiyə ilə addımlar atmaq mütləqdir. Artıq Prezident İlham Əliyevin Türkiyəyə səfəri baş tutur. Bu səfər regionda baş verənlərlə bağlıdır. İsrail prezidentinin də iştirak etdiyi səfər çərçivəsində Türkiyə-Azərbaycan və İsrail tandeminin formalaşması mümkündür”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu