Rusiya Ukraynadan sonra BU ÖLKƏYƏ hücuma keçəcək: Lukaşenko Putinin planlarını alt-üst etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
İndiyədək Kreml xarici əməliyyatlarla bağlı məxfiliyi ilə tanınsa da, Putinin Ukrayna müharibəsi ilə bağlı planları onun ən yaxın müttəfiqi, Belarus lideri Aleksandr Lukaşenko tərəfindən iflasa uğratdı.
Metbuat.az xəbər verir ki, Belarus təhlükəsizlik şurasının iclasında çıxış edən Lukaşenko rus qoşunlarının hərəkətlərini və hücum hədəflərini əks etdirən xəritənin qarşısında çıxış edən zaman xəritədə Rusiyadan Ukraynaya doğru hücum xətləri göstərilirdi. Bu hücumların bəziləri (Kiyev, Krım, Xerson kimi) işğalın ilk günlərində baş verdi.
Bununla belə, xəritədə hələ baş verməmiş hücumların təfərrüatları var idi. Onlardan biri, Odessa limanından Moldovanı göstərirmiş. Bu da Rusiyanın Ukraynanın qonşusuna qoşun yeritməyi planlaşdırdığını göstərir.
Ukraynanın dörd hissəyə bölündüyünü göstərən işğal xəritəsi Ukrayna ordusunun komandanlıq əraziləri ilə uyğunlaşdırılıb və Ukraynanın şərq sərhədi boyunca Belarusdan hədəf alınan nöqtələri göstərir.
Qeyd edək ki, Lukaşenkonun bu uğursuz çıxışı Qərb mediası tərəfindən “Səriştəsiz Lukaşenko Putinin gizli planını sızdırdı”, “Növbəti Moldovadırmı?” kimi başlıqların yazılmağına səbəb olub. Aİ-nin Moldovanı sözügedən xəritə ilə bağlı müdafiə edib-etməyəcəyi yaxın günlərdə məlum olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.