Rusiya Ukraynanın bu şəhərini ƏLƏ KEÇİRDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya ordusu Ukraynanın Popasna şəhərini ələ keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
Rusiya mediasının yazdığına görə, şəhər uğrunda qızğın döyüş uzun müddət, 2 aydan çox davam edib. “Ərazinin hər metri uğrunda döyüşlər gedirdi. Təsadüfi deyil ki, Popasnaya Donbasın “Stalinqrad”ı ləqəbi verilib” – rus mətbuatı yazıb.
Döyüş əməliyyatlarının şiddəti Popasnayanın strateji əhəmiyyəti ilə izah edilir. Luqanskdan 90 kilometr qərbdə yerləşən bu kiçik şəhər qoşun, sursat və texnikanın daşınması üçün əlverişli olan əsas nəqliyyat qovşağıdır.
Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumatı təsdiqləyib. O, qeyd edib ki, Ukrayna silahlı qüvvələri Popasna şəhərini tərk edib: “Təəssüf ki, bizim hərbçilər Popasnadan bir qədər geri çəkildilər. Çünki təsəvvür edin, şəhər top atəşinə tutulub, iki aydan artıqdır ki, hücum neçə vaxtdır davam edir, davamlı olaraq atəşə tuturdular, orada hər şey dağıdılıb. Ona görə də bizimkilər əvvəlcədən hazırlanmış daha güclü mövqelərə geri çəkildi”.
Qeyd edək ki, bu gün bir sıra mətbu orqanlar Rusiyanın silahlı qüvvələrinin Popasnanı zəbt etməsi barədə məlumat yayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.