fbpx

Rusiya Ukraynaya tarixdə ilkə imza ataraq cavab verdi



Rusiya-Ukrayna müharibəsində gərginlik yeni mərhələyə qədəm qoyub.

BEY.AZ xəbər verir ki, Ukraynanın ABŞ və Britaniya-Fransa raketləri ilə Rusiyanı bombalamasına Moskva tarixdə bir ilkə imza ataraq cavab verib. Rusiya Ukraynaya qitələrarası ballistik raketlə hücum edib. Məlumata görə, Rusiya Ukraynanı “Rubezh” adlı ballistik raketlə bombalayıb. Astarxan rayonundan atılan qitələrarası ballistik raket bir neçə dəqiqə ərzində Ukraynanın mərkəzindəki Dnepr şəhərinə düşüb.

“Rubezh” adlı ballistik raket nüvə başlığı da daşıya bilir. Lakin Ukraynaya atılan raketdə nüvə başlığından istifadə olunmayıb. Bildirilir ki, 5800 km mənzili olan “Rubej” qitələrarası ballistik raketi 800 kiloqramlıq nüvə başlığı daşıya bilər. İlk dəfə 2012-ci ildə uğurla sınaqdan keçirilən raketin uzunluğu 12 metr, çəkisi isə 36 tondur. Mütəxəssislərin fikrincə, bu hücum hərbi əhəmiyyət kəsb etməkdən daha çox güc nümayişidir.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin