Rusiya və Ukrayna nazirlərini görüşdürən Ərdoğan bunu da bacarar
BEY.AZ informasiya agentliyi xəbər verir
“Türkiyənin İsraillə münasibətlərini normallaşdırmasından narahat deyilik”.
Metbuat.az xəbər verir ki, Fələstinin Xarici İşlər naziri Riad Əl-Maliki belə deyib. O bildirib ki, Fələstin münasibətlərin normallaşmasından əksinə məmnundur. “Çünki, İsrail Fələstinə qarşı həmlə etsə, Türkiyə Təl-Əvivin qarşısını ala bilər. Fələstin tərəfi İsraillə görüşməyə hazırdır. Ukrayna və Rusiya Xarici İşlər nazirlərini bir araya gətirə bilən Ərdoğan, Fələstin və İsrail arasında da belə görüş təşkil edə bilər” – deyə diplomat bildirib.
Qeyd edək ki, Sergey Lavrov Türkiyə prezidentinin səyləri nəticəsində ukraynalı həmkarı ilə görüşdüyü açıqlamışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.