Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır: Kiyev mühüm xəbəri AÇIQLADI
BEY.AZ informasiya agentliyi xəbər verir
“Kiyev və Moskva razılıq əldə etməyə yaxınlaşıb”.
Metbuat.az xəbər verir ki, Ukrayna prezident adminstrasiyasının rəhbərinin köməkçisi Mixeil Podolyak belə açıqlama verib. O bildirib ki, danışıqların 4-cü turu üçün hazırlıqlar davam edir. “Daha bir toplantının həyata keçirilməsi üçün qarşılıqlı hüquqi formatlar müəyyən edilir” – deyə Podolyak bildirib.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqların dördüncü raundunun bu gün keçiriləcəyini açıqlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.