Rusiya XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yaydı
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.
Metbuat.az Rusiya XİN-ə istinadən xəbər verir ki, bəyanatda Rusiya tərəfi baş verənlərdən narahatlığını ifadə edib.
“Sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin bəzi ərazilərində vəziyyətin kəskin şəkildə gərginləşməsindən son dərəcə narahat olduğumuzu bildiririk.
Rusiya Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırır.
Biz rəsmi Bakı və İrəvanla sıx əlaqə saxlayırıq. Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsilə vəziyyətin həllinə kömək göstərilməsi xahişi ilə müraciət daxil olub. Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək.
“Əvvəllər olduğu kimi, biz belə bir prinsipdən çıxış edirik ki, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə, Rusiyanın konsultativ yardımı ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”, – Rusiya XİN-in bəyanatında bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.