fbpx

Rusiya XİN İsrailin Livana hücumlarını pislədi

Rüya Yorumları burda


İsrailin Livana qarşı həyata keçirdiyi irimiqyaslı hərbi hücumları qətiyyətlə pisləyirik.

BEY.AZ xəbər verir ki, bunu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat Livanda vəziyyətin kəskin şəkildə gərginləşməsinin dərin narahatlıq doğurduğunu vurğulayıb.

“İsrail rəhbərliyi sentyabrın 23-də İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah” hərəkatının hərbi infrastrukturunu zədələmək məqsədi ilə “Şimalın oxları” adlı hücum əməliyyatına başladığını elan edib. Livanın cənub və şərqindəki onlarla yaşayış məntəqəsi hücuma məruz qalıb. “Hizbullah da öz növbəsində İsraildəki hərbi hədəflərə raket hücumlarını gücləndirib.

“Biz Livana qarşı həyata keçirilən genişmiqyaslı hərbi hücumları qətiyyətlə pisləyirik, mülki şəxsləri hədəfə alan ayrı-seçkilikdən kənar hücumların qəti şəkildə yolverilməzliyi ilə bağlı prinsipial mövqeyimizi xüsusilə vurğulamaq istərdik”.

Rüya tabirlerini burdan oku

Onun sözlərinə görə, Rusiya Federasiyası belə fəlakətli ssenarinin qarşısını almaq üçün beynəlxalq və regional tərəfdaşlarla koordinasiyaya hazırdır:

“Biz ondan çıxış edirik ki, regionda heç bir dövlətin təhlükəsizliyi başqalarının hesabına təmin edilməməlidir”.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu