Rusiya XİN rəhbərinin müavini Bakıda məsləhətləşmələr apardı
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin azərbaycanlı həmkarı Samir Şərifovla Bakıda məsləhətləşmələr aparıb, ölkələr arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq əməkdaşlıq haqqında Bəyannamənin müddəalarına uyğun olaraq siyasi dialoqun daha da dərinləşdirilməsi, ticarət-iqtisadi, mədəni-humanitar və regionlararası əməkdaşlığın artırılması imkanları nəzərdən keçirilib”, məlumatda deyilir.
Yüksək rütbəli diplomatlar həmçinin Moskva və Bakı arasında münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.