Rusiya Zukerberq və Kamala Harrisə sanksiya tətbiq edib
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya “Meta” şirkətinin rəhbəri Mark Zukerberqə və Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Kamala Harrisə qarşı sanksiya tətbiq edib.
Metbuat.az Forbes-ə istinadən xəbər verir ki, Zukerberqin adı Rusiyanın sonuncu sanksiya siyahısında qeyd edilib. Belə ki, sanksiyalar siyahısına ABŞ-nin 29, Kanadanın 61 vətəndaşı daxildir.
Nəşrin məlumatına görə, Rusiya həmçinin ABŞ-nin vitse-prezidenti Kamala Harrisə də sanksiya tətbiq edib. Siyahıdakı şəxslərin Rusiyaya səyahətinə qadağa qoyub və onların bu ölkədəki aktivləri dondurulub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.