fbpx

Rusiyada Azərbaycanlı dizaynerin kolleksiyaları təqdim olunacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


“Kazan Kremlin” muzey-qoruğunda tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Xarıbülbül” və “Qarabağ” kolleksiyaları təqdim olunacaq.

Metbuat.az xəbər verir ki, dəfilə 2 avqustdan 5 avqustadək Kazanda (Tatarıstan) keçiriləcək ikinci Etno – Fashion xalq yaradıcılığı və Dekorativ – Tətbiqi İncəsənət Festivalı “Həyat tərzi – Mədəni kod” çərçivəsində nümayiş olunacaq.

Festival Rusiyanın Sənaye və Ticarət Nazirliyi, Tatarıstan Respublikası Hökuməti və Avrasiya Etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunub.

Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin