Rusiyada benzin ucuzlaşmağa başladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın bəzi bölgələrində benzin ucuzlaşmağa başlayıb. Buna səbəb yanacağın topdansatış qiymətləridir.
Metbuat.az xəbər verir ki, benzin əsasən treyderlər vasitəsilə və ya birbaşa birjada benzin alan müstəqil şəbəkələrə aid yanacaqdoldurma məntəqələrində ucuzlaşıb. Belə ki, martın 1-dən martın 5-dək Nijni Novqorod vilayətində , Sıktıvkarda , Salekhardda , İrkutsk vilayətində və Primorsk diyarında yanacağın qiyməti aşağı düşüb . Eyni zamanda, Moskva Yanacaq Assosiasiyasının məlumatına görə, əvvəllər həftə ərzində 0,02-0,05 faiz qiymət artımı olsa da, paytaxtda benzinin qiyməti sabit qalıb.
Rusiya Federal Antiinhisar Xidməti-nin açıqlamasına görə yanacağın topdansatış qiymətinin düşməsi səbəbindən benzin ucuzlaşmağa başlaya bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.