Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklandı
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Roskomnadzor”un mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, 2020-ci ilin oktyabr ayından Rusiyada sosial şəbəkə tərəfindən informasiya resurslarına qarşı 26 ayrı-seçkilik faktı qeydə alınıb.
Son günlər bəzi media orqanlarının sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılıb. Bunların arasında “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resursları var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.