fbpx

Rusiyada Gülnarə Xəlilovanın kolleksiyaları böyük uğurla təqdim olunub

BEY.AZ informasiya agentliyi xəbər verir


“Kazan Kremlin” Muzey-Qoruğunda tanınmış modelyer – dizayner, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Qarabağ” və “Xarıbülbül” adlı kolleksiyaları böyük uğurla nümayiş olunub.

Metbuat.az xəbər verir ki, defile Kazanda (Tatarıstan, Rusiya) ikinci Etno-Fashion-Xalq yaradıcılığı və Dekorativ-Tətbiqi İncəsənət festivalı “Həyat tərzi – mədəni Kod” çərçivəsində keçirilib. Kolleksiyalar XVII-XIX əsrlərin tarixi binalarında – Prisutstvennıye mesta və Puşeçnıy dvor –datəqdim olunmuşdur.

“Azərbaycanı dünya podiumlarında, xüsusən də indi bizim gözəl Qarabağımızı təcəssüm etdirən və Şuşa ilində bu cür kolleksiyalarla təmsil etmək mənim üçün böyük şərəfdir. Məlum olduğu kimi, Xarıbülbül çiçəyi Şuşa və Qarabağla ayrılmaz bağlıdır, sevgi və sülh rəmzidir, Azərbaycanın talismanı, 44 günlük Vətən müharibəsində Qələbənin Milli rəmzidir. Sevindirici haldır ki, kolleksiyaların nümayişi qonaqların böyük marağına səbəb olmuş və böyük uğurla keçmişdir. Səfər çərçivəsində gələcək əməkdaşlıq və birgə layihələrin reallaşdırılması istiqamətində də bir sıra işgüzar görüşlər keçirilib”, – deyə Gülnarə Xəlilova Trend Life-a bildirib.

Festival Rusiya Sənaye və Ticarət Nazirliyinin, Tatarıstan Respublikası Hökumətinin, Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin və Avrasiya etnodizaynerlər Assosiasiyasının dəstəyi ilə təşkil olunub. Bu il festival Rusiya, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər ölkələrdən 50-yə yaxın tanınmış dizayner iştirak edib, yaradıcılıq görüşləri və ustad dərsləri keçirilmişdir. Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilirdi.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin