Rusiyanın Voronej vilayətində Mi-28 hərbi helikopteri qəzaya uğrayıb və sərt enişdən sonra alovlanıb.
BEY.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Voronejin “Moyo” portalına İstintaq Komitəsinin hərbi idarəsindən məlumat verilib.
“Sosial şəbəkələrdə hadisənin saat 18:00 radələrində baş verdiyini bildirirlər. Qəzanın səbəbləri məlum deyil”, – məlumatda deyilir.
Qəzanın yanvarın 1-də baş verdiyi vurğulanır.
Sərt enişdən sonra yanğın Mi-28-i tamamilə yararsız vəziyyətə salıb.
Portalın məlumatına görə, İstintaq Komitəsi hadisədən sonra yoxlama təşkil edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa