Rusiyada hərbi təyyarı binaya çırpıldı: Ölən və yaralananlar var
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiyanın Yeysk şəhərində “Su-34” qırıcısı yaşayış binasına çırpılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Baş vermiş təyyarə qəzası nəticəsində üç nəfər həlak olub, 21 nəfər yaralanıb. Həkimlər biri uşaq olmaqla 8 nəfərin vəziyyətini ağır kimi qiymətləndirirlər.
Qeyd olunub ki, “Su-34” təyyarəsi Yeysk şəhəri yaxınlığındakı aerodromdan havaya qalxarkən qəzaya uğrayıb və yaşayış binasının həyətinə düşüb. Sonradan alov 9 mərtəbəli binaya keçib.
Hadisə baş verən yerin yaxınlığında ticarət mərkəzi yerləşir. İnsanlar oradan və yanğın baş verən binadan təxliyə ediliblər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.