Rusiyada ipoteka qiymətlərinin ucuzlaşdırılması üçün LAYİHƏ HAZIRLANIR
BEY MEDIA İnformasiya agenti xəbər verir
Rusiya Maliyyə Nazirliyi ipoteka faizlərini azaltmaq üçün qanun layihəsi hazırlayır.
Metbuat.az xəbər verir ki, sənədin 2023-cü ilin fevralında Dövlət Dumasına təqdim ediləcəyi planlaşdırılır . Yeni qaydalara əsasən, “Dom.RF” sekuritizasiya zamanı kredit tarixçələrinə çıxış əldə edəcək. Bildirək ki, ipoteka verilmiş daşınmaz əmlakla təmin edilmiş qiymətli kağızların buraxılması aləti hələ də işləyir: prosedur banka kapital yükünü azaltmağa və vəsaitlərin bir hissəsini dövriyyəyə buraxmağa imkan verir.
Təklif olunan həll ipoteka istiqrazlarının buraxılışını sadələşdirəcək ki, bu da bank sektorunda mövcud vəsaitlərin həcmini artırmalıdır. Beləliklə, banklar etibarlı borcalanlar üçün ipoteka faizlərini aşağı sala biləcəklər. Kredit tarixçələrinə çıxış qiymətli kağızların buraxılış xərclərini azaldacaq. Kreditlər borcalanlar üçün daha əlçatan olacaq: nəzəri olaraq faizlər 0,25-1 faiz bəndi aşağı düşə bilər. Eyni zamanda, etibarsız borcalanlar üçün tariflər hətta arta bilər.
Qeyd edək ki, yanvarın əvvəlində analitiklər 2022-ci ildə əsas proqramlar çərçivəsində ipoteka qiymətlərinin mümkün artımından danışmışdılar. Proqnozlara görə, ipoteka faizləri illik 12 faizə yüksələcək. Artım Mərkəzi Bankın pul siyasətinin sərtləşdirilməsi ilə bağlıdır.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.