fbpx

Rusiyada məktəbli çəkiclə şagirdlərə hücum etdi



Rusiyanın Çelyabinsk şəhərində məktəbli uşaq məktəbdə sinif yoldaşlarına çəkiclə hücum edib.

BEY.AZ bildirir ki, hadisə səhər saatlarında 68 saylı məktəbdə baş verib. 13 yaşlı Roman məktəbə çəkic və bıçaqla gəlib, digər şagirdlərə hücum edib. Hücum nəticəsində 3 uşaq yaralanıb. Zərərçəkənlərdən biri, 13 yaşlı Valeriya ağır vəziyyətdə reanimasiyadadır. Digər qız 13 yaşlı Mariya isə neyrocərrahiyyə şöbəsindədir.

Bundan başqa, hücum zamanı 68 saylı məktəbin müəllimlərindən biri yaralanıb. O, rayon xəstəxanasına çatdırılıb.

Hücum edən 13 yaşlı Roman saxlanılıb. İlkin məlumata görə, sinif yoldaşlarına çəkiclə hücum edən məktəbli intihara cəhd edib. O da hazırda xəstəxanadadır.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin