fbpx

Rusiyada növbəti səfərbərliyin elan olunması ehtimalı yüksəkdir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunması ehtimalı yüksək olaraq qalır. Məlumatda göstərilib ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi bir tərəfdən daxili narazılığı minimuma endirməyə çalışır, digər tərəfdən isə Ukraynanın gözlənilən əks-hücum əməliyyatlarının qarşısını almağa səy göstərir.


Proqnoza görə, Rusiya orduda şəxsi heyətin sayını arıtrmaq üçün yollar axtarır.
Daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da Rusiyada səfərbərliyin növbəti dalğasının gözlənildiyi barədə məlumat yayıb.

Əvvəllər də dediyimiz kimi, Rusiyanın imkanları getdikcə tükənir. Bu, özünü daha çox şəxsi heyətin sürətlə məhv olunmasında göstərir. Belə ki, Rusiya ordusu hər gün təxminən 1000 nəfər itki verir. Əlbəttə, bu, ciddi göstəricidir.
“Vaqner”çilər Rusiya ordusunun itkilərini kompensasiya edə bilmirlər.
Nəzərə almaq lazımdır ki, qarşıdakı aylarda müxtəlif Qərb dövlətləri, o cümlədən Almaniya, Polşa, Britaniya Ukraynaya ağır tanklar verəcəklər. Ondan sonra isə Rusiyanın işi daha da çətinləşəcək. Məhz ağır tanklar sayəsində döyüş meydanındakı durum Kiyevin xeyrinə dəyişə bilər. Moskva bunu başa düşür.

Rüya tabirlerini burdan oku

Ona görə də Rusiya tankların Ukraynaya təhvil verilməsinə kimi növbəti hücumlara keçməyə tələsir.
İkinci bir tərəfdən, fevralın 24-də müharibənin ildönümü tamam olacaq. Həmin vaxta bir aydan da az vaxt qalıb.

Rusiya fevralın 24-dək döyüş meydanında müəyyən uğur əldə etməyə çalışacaq. Bu, həm daxili, həm də beynəlxalq ictimai rəyi formalaşdırmaq üçün Kremlə lazımdır.
Hər iki məqam onu deməyə əsas verir ki, qarşıdakı həftələrdə Rusiyada səfərbərliyin növbəti dalğası elan olunacaq.

Siyasi şərhçi Kənan Novruzov / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rusiyada #növbəti #səfərbərliyin #elan #olunması #ehtimalı #yüksəkdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu