Rusiyadan İsrailə ŞOK: Ukraynaya dəstək Moskvanı qəzəbləndirdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Suriyada rus S-300-ləri İsrail təyyarələrinə atəş açıb.
Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, İsrail təyyarələri Masyaf bölgəsində hərbi hədəfləri bombalayandan sonra ölkələrinə geri qayıdarkən, Suriyadakı S-300-lərin hücumuna məruz qalıblar. Bununla belə, təyyarələr zərər almadan İsrailə qayıdıblar. “Breaking Defense” portalına açıqlama verən ekspertlər bildiriblər ki, Suriyada 4 S-300 var. Buna qədər S-300-lər İsrail təyyarələrinə qarşı işə düşməmişdi.
Bildirilir ki, Rusiya buna qədər İsrailin hücumlarına səssiz qalıb. Ekspertlərin məlumatına görə, İsrailin Ukraynaya verdiyi siyasi dəstək Rusiyanın qəzəbləndirib. Buna görə də Rusiya İsrailə Suriyada qarşılıq verib. Ekspertlər hesab edirlər ki, bu məsələ təsdiqini taparsa, İsrail Suriyaya hücumlarla bağlı taktikasını dəyişmək məcburiyyətində qalacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.