fbpx

Rusiyalı deputatlardan Putinə ŞOK MÜRACİƏT: “Müharibəni dayandır”

BEY.AZ informasiya agentliyi xəbər verir

Rusiya Federasiyası Kommunist Partiyasından (RFKP) olan Primorsk diyarının Qanunvericilik Məclisinin deputatları Prezident Vladimir Putinə müraciət edərək Ukraynada hərbi əməliyyatı dayandırmağa çağırıblar.

Related Articles

Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, deputat Leonid Vasyukeviç xüsusi açıqlama ilə çıxış edib.

Əvvəlcə o bildirib ki, bu müraciət bir neçə gün əvvəl Qanunvericilik Məclisinin iclasında həlak olan hərbçilərin ailələrinə dəstək tədbirləri qəbul edildikdən sonra hazırlanıb.

“Biz anlayırıq ki, ölkəmiz hərbi əməliyyatı dayandırmasa, yetimlərin sayı daha da artacaq. Hərbi əməliyyat zamanı insanlar əlil olur, bunlar ölkəmizə böyük fayda verə biləcək gənclərdir. Biz Rusiya qoşunlarının dərhal çıxarılmasını tələb edirik”, – Vasyukeviç bildirib.

Sonda o əlavə edib ki, müraciəti deputatlar Natalya Koçuqova, Aleksandr Sustov və Gennadi Şulqa dəstəkləyib.

Vasyukeviç mətni oxuyub bitirdikdən sonra Primorsk diyarının qubernatoru Oleq Kojemyako deputatın hərəkətlərinin rus ordusunu ləkələdiyini, sonra onu iclas zalından çıxarmağı, söz haqqından məhrum etməyi tələb edib.

“Ədalətli Rusiya” fraksiyasının rəhbəri Aleksey Kozitski və Qanunvericilik Məclisinin sədri Aleksandr Rolik Kojemyakonun təklifini dəstəkləyiblər. Səsvermə nəticəsində (27 deputat – lehinə, beş – əleyhinə) Vasyukeviç və Şulqa bir iclasda çıxış etmək hüququndan məhrum ediliblər.

İclasın sonunda Rusiya Federasiyası Kommunist Partiyasının Primorsk Qanunvericilik Assambleyasının rəhbəri Anatoli Dolqaçev həmkarlarının müraciətinin fraksiya tərəfindən razılaşdırılmadığını bildirib və onların hərəkətlərini “mütləq demarş” adlandırıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin