fbpx

“Rusiyanı beynəlxalq səhnədən təcrid edəcəyik”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Sabah NATO-da bir görüş olacaq və müttəfiq liderlər bir araya gələcək”.

Metbuat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden açıqlamasında deyib.

O bildirib ki, Ukraynada hərbi qüvvələri olmayacaq:

“Biz öz gücümüz daxilində Ameriak xalqının qorunması üçün hər şeyi etməkdəyik. Bu təcavüzkarlıq cavabsız qala bilməz. Kibermüdafiə məsələsində də hazırlıqlar görürük.

Zelenski ilə dünən danışdım. ABŞ müttəfiqləri ilə birlikdədir. Putin bu şəkildə güc tətbiq edərək, sərhədlərin dəyişməyəcəyini bilməlidir. Təcavüzkarlığı seçməyin nəticələri olacağını bilməlidir.

Rusiyanın strateji və iqtisadi olaraq çox təsirə məruz qalacağını görəcəksiniz. Bu prosesdən biz daha güclü çıxarkən, Rusiya daha zəif çıxacaq. Putin kimi zülmkar və tiranlar bu şəkildə azadlıqların qarşısına çıxa bilməyəcəklərini görəcək.

Rusiyanın beynəlxalq səhnədən təcrid olunmasını təmin edəcəyik. Putinlə danışmaq kimi bir planım yoxdur”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin